Türkiyənin "HÜRJET" döyüş təyyarəsi ilk olaraq bu ölkəyə uçacaq...
Türkiyənin ilk reaktiv mühərrikli hərbi təlim təyyarəsi “HÜRJET” Misirə uçmağa hazırlaşır. "Savunmasanayist.com" saytı xəbər verir ki, bu “HÜRJET”in ilk xarici səfəri olacaq. Bu il 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə bağlı keçirilən tədbirlər çərçivəsində ilk dəfə Türk Aerokosmik Sənayesi (TAI) obyektlərindən uzaqlaşan və Samsun səmalarında xüsusi uçuşlar keçirən HÜRJET, daha sonra EFES-2024 tədbiri çərçivəsində İzmir səmalarında uçub. “HÜRJET” 3-5 sentyabr 2024-cü il tarixləri arasında keçiriləcək Misir Beynəlxalq Aviasiya Sərgisində (Egypt International Airshow) iştirak edərək Misir səmasında şou göstərəcək. Əldə olunan məlumata görə, bu sinifdə təyyarə axtaran Misir hökuməti “HÜRJET” ilə yaxından maraqlanır. Səfər çərçivəsində “HÜRJET” və digər məhsullarla bağlı Misir başda olmaqla digər region ölkələri ilə danışıqlar aparılacaq. Tədbirdə “Boeing”, “Airbus”, “Lockheed Martin”, “Dassault Aviation” kimi qlobal istehsalçılar öz məhsul və texnologiyalarını nümayiş etdirəcəklər.//Lent.az