Avropa Parlamentində Macarıstan Baş naziri Orbana hücum - VİDEO
Macarıstanın Baş naziri Viktor Orbana Avropa Parlamentində ölkəsinin quruma altı aylıq sədrliyi ilə bağlı planlarını açıqladığı mətbuat konfransında hücum olub. Ölkə.Az xəbər verir ki, Orban Avropa Parlamentində immiqrasiyaya qarşı müxalifətdən danışarkən bir nəfər onun oturduğu kürsüyə qaçaraq ona tərəf əskinas kimi görünən bir yığın kağız atıb. Orbana hücum edən şəxs Macarıstanın müxalif Demokratik Koalisiyası partiyasının üzvü Marton Njekicki olub. O, Orbana qışqıraraq deyib: “Siz ölkəni neçəyə satdınız, cənab Baş nazir? Ölkəni Putinə satdı, Si Cinpinə satdı!” Hücum edən şəxs Avropa Parlamentinin təhlükəsizlik qüvvələri tərəfindən yerə yıxaraq zərərsizləşdiriblər. Sonra isə zaldan çıxarılıb. Demokratik Koalisiyanın sədri, Macarıstanın keçmiş Baş naziri Ferens Dyurçan Njekickinin hərəkətləri ilə fəxr etdiyini bildirib: “Biz bunu hər yerdə və həmişə deyəcəyik ki, Macarıstanın xain hökuməti var!”