Kursk uğurunda döyüşlər: "Prezidentə bağlı briqada darmadağın edildi"

Kursk uğurunda döyüşlər: "Prezidentə bağlı briqada darmadağın edildi"

Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin prezidentə bağlı briqadanı məhv etdiyini açıqlayıb.

Bakupost.az nazirliyin açıqlamasına istinadla xəbər verir ki, Rusiya ordusu Ukrayna qoşunlarının mexanikləşdirilmiş briqadası, üç hava-desant-hücum briqadası, dəniz piyadaları briqadası və ərazi müdafiə briqadası üzərinə də zərbələr endirib.
Döyüşlər Qornal, Quevo, Oleşnya və Qoqolevka yaşayış məntəqələri ərazilərində baş verib: "Rusiya hərbçiləri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç əks-hücumunu dəf etməyi bacarıb. Ukrayna hərbi birləşmələrinin məhv edilməsi əməliyyatı davam edir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bundan öncə Rusiya hərbi ekspertləri ordunun bu həftənin sonuna qədər Kursk bölgəsini azad etməyi bacaracağı barədə fikirlər paylaşmışdı






Fikirlər