Məhkəmə Mehman Hüseynovla bağlı xüsusi ittiham qaydasında iddianı icraata GÖTÜRÜB
Bu gün Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloger Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub. AzerTaym.az
M.Hüseynovun vəkil Elçin Sadıqov xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da vəsatət təmin edilməyib.
Növbəti proses fevralın 27-nə təyin edilib.
Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.