AZƏRBAYCANLI DEPUTATLAR İstanbul MÜZAKİRƏLƏRİNDƏ...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində  nümayəndə heyətinin rəhbəri  Eldar Quliyev  və nümayəndə heyətinin sədr müavini Musa Quliyev fevralın 28-də Türkiyənin İstanbul şəhərinə səfərə gedəcək.

AzerTaymt.az-ın məlumatına görə, nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İşçi Qrupunun görüşündə və qurumun Daimi komitəsinin  iclasında iştirak edəcək.

İclasa Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində  nümayəndə heyətinin rəhbəri  Eldar Quliyev sədrlik edəcək.

İşçi Qrupunun toplantısında qurumun prosedur qaydalarına təklif olunan düzəlişlər, Beynəlxalq Katibliyinin İşçi heyətinin tərkibində dəyişikliklərin edilməsi, maliyyə məsələləri müzakirə olunacaq. Daimi komitənin iclasında "QDİƏT Regionunda Parlamentlərarası Əməkdaşlığın 25 İlliyi" mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.

Musa Quliyev  QDİƏTPM-nin Büdcə-Audit komissiyasının  iclasında iştirak edəcək və müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.

Səfər martın 3-də başa çatacaq.






Fikirlər