Erməni bayrağını silən polis KİMdir?!

Erməni bayrağını silən polis kimdir?

Azərbaycan polisinin erməni maşının üzərində əks olunan qondarma rejimin bayrağını bıçaqla silməsini əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, həmin görüntülərdə bayrağı silən Orxan adlı polis əməkdaşıdır.

Görüntülər Gorus-Qafan yolunda Azərbaycanın qurduğu postda qeydə alınıb. Təxribatçı ermənilər öz daimi missiyalarına sadiq qalaraq avtobusun üzərinə qondarma rejimin bayrağını çəkiblər və postda yoxlanış zamanı bu Azərbaycan polisinin diqqətindən yayınmayıb.

Polisimiz bıçaqla həmin qondarma bayrağı silir və sonda “Qarabağ Azərbaycan” deyib sürücünü yola salır.

Erməni bayrağını silən polis kimdir?






Fikirlər