TÜRKİYƏNİN YENİ “BAYRAKTAR”I GÖRÜNTÜLƏNDİ - Bu qabiliyyətə malik ilk PUA-dır + FOTOLAR

Türkiyənin yeni PUA-sı “Bayraktar TB3” ilk uçuşuna hazırlaşır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Baykar Texnoloji” şirkətinin baş direktoru Selçuk Bayraktar sosial şəbəkə hesabından paylaşım edib.

S. Bayraktar “Bayraktar TB3”-ün fotolarını da paylaşıb.

O, “Bayraktar TB3” modelinin qanadları qatlama qabiliyyətinə malik olan ilk PUA olduğunu bildirib.

Qeyd edək ki, “Bayraktar TB3” qısa uçuş zolaqları olan gəmilərdən qalxa və enə bilən silahlı pilotsuz uçuş aparatıdır. “Bayraktar TB3”-dən döyüş meydanında, eləcə də yanğınların söndürülməsi, zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı da istifadə etmək mümkündür.

“Bayraktar TB3”-ün əsas xüsusiyyətləri bunlardır:

- Qanad uzunluğu - 8.35 metr;

- Hündürlük - 2.6 metr;

- Ağırlıq - 1450 kiloqram;

- Maksimum sürət – 225-260 km/saat;

- Havada qalma müddəti – 24 saatdan artıq;

- Döyüş başlığının çəkisi – 280 kiloqram.

 

 

 

 

 

 

 

 






Fikirlər