Bizim Türkiyəmiz, dünyanın Türkiyəsi (Türkiyə Cümhuriyyəti-100) - Nəsiman Yaqublunun yazısı

Bizim Türkiyəmiz, dünyanın Türkiyəsi (Türkiyə Cümhuriyyəti-100) - Nəsiman Yaqublunun yazısı

Türkiyə Cümhuriyyətinin 100 yaşı tamam olur.Bu həqiqətən də böyük bir bayramdır. Dünyanın əksər xalqlarının keçə bilmədiyi çətin və şərəfli bir yolu Türkiyə uğurla getməkdədir.
 
Bir siyasi quruluşdan digərinə keçən bütün dövlətlərdə ciddi problemlər yaşanıb. Vətəndaş müharibəsi (Rusiyanı xatırlayaq, ABŞ, İngiltərə, Almaniya və digərlərini yada salaq), dövlət çevrilişləri, minlərlə günahsız insanın qətlə yetirilməsi belə dəyişikliklərdə hər zaman gözlənilən olub. Türkiyədə isə Osmanlı dönəmindən sonra böyük Mustafa Atatürk bu keçidi təhlükəsiz olaraq başa vurdu, güclü bir Türkiyə dövləti yaratdı.
 
Bu gün Türkiyə yalnız bizim - türklərin, müsəlmanların Türkiyəsi deyil.Türkiyə bu gün bütün dünyada haqqı əzilən, hüquqları tapdanan, yaşadığı torpaqları işğalda qalan  insanların,xalqların Türkiyəsidir.Bu narahat dünyamızda Türkiyənin səsi dünyanın hansı guşəsindən eşidilmir?
 
Milli mənsubiyyət baxımından Türkiyə bir millətin(türk millətinin) hüdudlarını aşaraq dünyada yaşayan bütün millətlərin müdafiəçisinə çevrilməkdədəir.
 
Dini baxımdan Türkiyə yalnız müsəlman toplumunun deyil, digər inanclara məxsus xalqların da xilaskarıdır.
 
Yaşadığımız XXI əsrin mürəkkəb şərtləri daxilində Türkiyə bu zamanlara qədər dünyanın aparıcı dövlətləri olan güc mərkəzlərinin ,yaxud beynəlxalq qurumlarının gerçəkləşdirə bilmədiyi mövqeni ortaya qoydu.
 
BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, digər nüfuzlu beynəlxalq qurumların işini Türkiyə uğurla gerçəkləşdirməyə başladı.
 
Son hadisələrdə isə, Rusiya – Ukrayna savaşında Türkiyə yürütdüyü düzgün siyasətlə dünyanın taxıl ehtiyacının ödənilməsinin təminatçısına çevrildi.
 
Türkiyə güc mərkəzinə çevrilməyə başladı və bunu bəzi Avropa ölkələri kimi etmədi,yəni “xristian klubu” yaratmaqdan uzaqlaşıb milliyyətindən, dinindən asılı olmayan “birlik və qurumlar” formalaşdırdı.
 
Dünyanın haqqı tapdanan xalqları Türkiyəni sevməyə başladı.Və bu xalqlar  dünənki  zamana qədər  ümid yeri kimi baxdıqları ABŞ-ı, Fransanı və digər ölkələri yox, Türkiyəni seçdilər. Əslində Türkiyə köhnəlmiş beynəlxalq qurumların(BMT, Avropa İttifaqı və s) yeni forma və məzmunda real görüntüsünə çevrilməyə başladı.
 
Türkiyə haqlı olaraq Rusiya – Ukrayna savaşında qismən neytrallıq nümayiş etdirib hər iki tərəfi danışıq stoluna – sülhə dəvət edə bildi.
 
Türkiyənin səsi Bosniyadan, Kosovadan, Suriyadan, Liviyadan,İraqdan, Qarabağdan, Əfqanıstandan eşidilməyə başladı.Bu həm də əməli fəaliyyətə çevrildi.Bəzi bölgələrdə savaşı dayandırmağı bacardı.Qarabağda isə 30 illik işğala son qoyulmasında Türkiyənin əvəzsiz xidmətləri vardır.
 
Bu fəaliyyəti, nə ABŞ, nə Fransa nə də digər beynəlxalq qurumlar yerinə yetirdi.Türkiyə “söz” dövləti yox, “əməl” dövlətinə çevrildi.
 
Əslində Türkiyə BMT-nin Təhlükəsizlik Şurasının (beş aparıcı üzvü olsa da-ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) “de fakto” üzvünə çevrildi.
 
Türkiyə “insan haqları” adı ilə oynayan ABŞ-a, Fransaya, İsveçə adi bir məntiqi izah etməyə çalışdı- “terroru dəstəkləməmək”.Çünki heç bir “insan haqqı vı hüququ” anlayışı günahsız insanların həyatına son qoyan “terrordan” önəmli ola bilməz.
 
Türkiyənin qətiyyətli mövqe və davranışı köhnə qaydalarla yaşamağa vərdiş etmiş dünya güclərini zamanınca silkələməkdə və ayıltmaqdadır: yəni dünyanı belə yanaşmalarla  idarə etmək olmaz.
 
Maraqlıdır ki, Türkiyəni sevənlərlə yanaşı onu sevməyənlər də tədricən onunla hesablaşmağa başlayır.
 
Bu gün Türkiyə ağır sınaq qarşısındadır. Dünyanın çoxlu saylı dövlətləri, üzvü olduğu NATO ölkələri onun yanındadır.NATO-da Türkiyəyə sayğı olaraq bayraqlar yarıya endirilib.Dünyanın hər guşəsindən “Türkiyənin yanındayıq” sözləri eşidilməkdədir.
 
Türkiyə bizimdir, Türkiyə dünyanındır.  






Fikirlər