Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...

Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...

Respublikaçılar Partiyasının bir neçə rəsmisi İsrailə qarşı bugünkü raket zərbələrindən sonra ABŞ-ni İrana hücum etməyə çağırıb.
 
Moderator.az "Əl-Cəzirə"yə istinadla onların bəzi şərhlərini təqdim edir:
 
Senator Lindsey Qraham deyir ki, ABŞ İsraillə “əzici cavabı” koordinasiya etməlidir və İranın neft emalı zavodlarına “ağır zərbə vurmaq lazımdır”.
 
Senator Marko Rubio İrana qarşı “rejimin sağ qalmasına” təhlükə yarada biləcək “birbaşa və qeyri-mütənasib” tədbirlər görməyə çağırıb.
 
Konqresmen Mayk Lauler deyib ki, ABŞ və İsrail “İran sərhədləri daxilinə” zərbə endirməlidir.
 
Senator Tom Kotton deyib ki, ABŞ  “İsrail üçün dua etməli və daha sonra ortaq düşmənlərimizi məhv etmək üçün İsrailin arxasında dayanmalıdır”.
 
S.Laçın






Fikirlər