YOLUXMA VƏ ÖLÜM SAYI YENƏ ARTDI - Bu günün koronavirus statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 676 yeni yoluxma faktı qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 460 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, aktiv xəstə sayı 44 585 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Qeyd edək ki, dünən 2372 yeni yoluxma faktı qeydə alınmış, 34 nəfər vəfat etmişdi.






Fikirlər