"Azneft" şefi ində də SÜD PULUNA TAMAH SALIB - "30000 AZN hansı hesaba daxil olur?"

"Azneft" İstehsalat Birliyində yenə də neqativlər müşahidə olunmaqdadır.

DİA.AZ bildirir ki, bu barədə özünün "facebook" səhifəsində Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb.

Hüquq müdafiəçisi yazır:

"Azneft İB, SƏTƏM üzrə baş direktorun müavini Namiq Hüseynovun diqqətinə. Araşdırılmasına ciddi ehtiyac duyulur.

***

...Bildiyiniz kimi, zərərli işdə çalışan hər bir işçiyə işəgötürən tərəfindən gündəlik minimum 500 qr.süd verilməlidir. 28 May adına NQCI -nin rəhbəri Zaur müəllim idarəyə rəhbər təyin olunandan zərərli işdə çalışan işçilər ( 28 May və digər podratçı şirkət işçilərinə) üçün ayrılan südün birbaşa işçiyə verilməsinə qadağa qoyub. Belə ki,zərərli işdə çalışan işçilər üçün ayrılan süd Xəzəriaşə aşbazına, yaxud platforma komendatına təhvil verilir. Və süd dolayısı ilə yenidən şef aşbaz və komendatın birlikdə tərtib etdiyi ümumi menyüyə daxil edilib işçilərə satılır. Yəni bu südün də pulu NK qərarına əsasən işçilər üçün ayrılmış 30 manatdan çıxılır. Xəzəriaşənin ərzaq məhsullarının arasında süd gəlmir. Süd zərəli sahədə çalışan işçilər üçün əlahiddə, Birlik tərəfindən göndərilən süddür.
Qeyd: 28 May NQCI 14 DDÖ var. Hər DDÖ-də gündəlik süd payı təqribən 50 litrdən az deyil. Südün 1 litri də 2 AZN-dən az deyil. Bu halda gündəlik 1000 AZN,aylıq 30000 AZN hansı hesaba daxil olur?

***

ARƏM Maddə 215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri -əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin edir..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...






Fikirlər