Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!
Cəlilabadın həbs olunmuş sabiq icra başçısı Namiq Zeynalovun ortağı haqda iddialar yayılıb. Həmin şəxs Həsənova Elnarə Ədalət qızıdır. İddialara görə, E.HGəsənova keçmiş başçısı Namiq Zeynalovun bütün qaranlıq və çirkli işlərinin birbaşa iştirakçısı imiş. Bildirilir ki, o, yenə də korrupsiya ilə məşğul olaraq pul yığmaq missiyasını davam etdirir.
E.Həsənova ilə bağlı deyilir ki, cəlilabadlılara zülm edərək yığdığı pullar sayəsində yaşadığı Göytəpə şəhərində özünə villa ucaldıb. Həmçinin həyat yoldaşı Elxan Həsənov üçün Cəlilabadda 10-a qədər aptek şəbəkəsi açıb. Bundan əlavə, Bakıda özünə iki mənzil alıb. Amma bununla belə başçının cinayət işi üzrə prosesdən yayına bilib. Namiq Zeynalovun qara kassası olan Elnarə Həsənovanın məsuliyyətə cəlb olunmamasının səbəbi bilinmir. //Reportyor.info//