Bu il 49 abituriyentin nəticəsi ləğv edilib ...
Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında, ümumilikdə, 49 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Yeniavaz.com bu barədə Dövlət İmtahan Mərkəzinin cari il ərzində elan etdiyi imtahan nəticələrinə istinadən xəbər verir. Belə ki, I və IV qruplar üzrə keçirilən imtahanların birinci cəhdində 9, ikinci cəhdində isə 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. II və III qrup üzrə keçirilən qəbul imtahanlarının isə birinci cəhdində 16, ikinci cəhdində 12 nəfər eyni tale ilə üzləşib. Qeyd edək ki, DİM-in elan etdiyi qaydalara əsasən, ikinci cəhd imtahanlarında qayda pozan abituriyentin birinci cəhd imtahanında topladığı nəticəsi də ləğv olunur.