"Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...

Cəlilabad rayon sakini Tural Məmmədov bildirir ki, evinin bütün sənədləri qanuni şəkildə qaydasındadır. Lakin bu günə qədər onların yaşadığı küçəyə maye qaz çəkilməyib.

"Dia.az"-ın məlumatına görə, şikayətçi iddia edir ki, fərdi evinə qaz borusunu çəkmək üçün Çəlilabbad rayonunda "Azərqaz"ın yerli idarəsinin müdiri Xan Ələkbər qanunsuz olaraq ondan 1000 manat istəyib.

Vətəndaş bununla bağlı dəfələrlə aidiyyatı qrumlara məlumat verdiyini, lakin onun şikayətinə baxılmadığını deyir.

Məmmədov qeyd edir ki, "Azəriqaz"ın rəsmi nümayəndəsi bildirib ki, şirkətin qaz borusu çəkmək üçün vəsaiti yoxdur, get öz büccənlə evinə qaz çəkdir.

O, aidiyyatı qurumlara müraciət edərək bu məsələnin araşdırılıb, qanuni tədbir görülməsini xahiş edir...

***

Qeyd edək ki, vətəndaşın iddiası ilə bağlı qarşı tərəf adından "Azəriqaz" Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədovun adından münasibət açıqlanıb. Həmin açıqlamanı təqdim edirik:

"Sadəcə qarşı tərəfin münasibəti olsun deyə siz maraqlanmasanız belə aşağıdakıları bildirməyi özümüzə borc hesab edirik. 1. Mətndə "maye qaz" yox "təbii qaz" ifadəsi keçməlidir. 2. "Azəriqaz" ın Cəlilabad XS-nin rəhbəri "Xan Ələkbər" yox, sadəcə Ələkbər Dövlətovdur. Dəqiqləşdirməli idiniz. 3. Vətındaşın evi sənədləri olduğu halda qazlaşa bilər və ÖZ ŞƏXSİ VƏSAİTİ HESABINA LİSENZİYASI OLAN TİKİNTİ TƏŞKİLAYI ilə müqavilə bağlamaqla. 4. Hesab edirik ki, vətəndaş tərəfindən atılan böhtan nəticəsində işgüzar nüfuzumuz ziyan görüb və artıq Cəlilabad Məhkəməsində müvafiq iddia qaldırılıb".(Dia.az)






Fikirlər