Polşada Azərbaycan DERBİSİ...
Bu gün Polşada Azərbaycan millisinin iki üzvü üz-üzə gələcək. “Qafqazinfo” xəbər verir ki, Polşa Ekstraklasasının yeni mövsümünün ilk turunda Mahir Emrelinin çıxış etdiyi “Legiya” və Anton Krivotsyukun oynadığı “Visla” (Plok) qarşılaşacaqlar. Matç Bakı vaxtilə saat 22:00-da başlayacaq.