12 milyonluq tenderin qalibi “Daewoo”nun 2 milyon dollarını niyə vermir? - İLGİNC
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Grand Motors Company” QSC (VÖEN- 1306374771) olub.
Yeniavaz.com xəbər verir ki, "Grand Motors Company” QSC “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ümumi dəyəri 8 milyon 999 min 200 manat 2 qəpik olan ekskavatorlar (48 ədəd) və ümumi dəyəri 3 milyon 271 min 200 manat olan müxtəlif təyinatlı avtomobillər (35 ədəd) satacaq.
Məlumat üçün bildirək ki, "Grand Motors Company” QSC 23.10.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Ak. Şamil Əzizbəyov, ev 22-də yerləşən QSCnin qanuni təmsilçisi Nəzərov Fərhad Nadir oğludur.
Onu da qeyd edək ki, "Grand Motors Company” QSC son 2 ildə onlarla tender udub. Daha əvvəl dövlət qurumlarının keçirdiyi tenderləri “Grand Motors” MMC adlı şirkət udub.