Ekspertdən xəbərdarlıq: ”Bu yağlar xərçəng xəstəliyinə səbəb olur”

"Azərbaycanda xərçəng xəstəliyi əsasən yağlar vasitəsi ilə yayılır”.
 
Bunu açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib. Onun sözlərinə görə, bir çox qida məhsulalrı - un, şəkər, yağ, duz ciddi problemlərə səbəb olur:
"Həmin problemlər insan orqanizmində zaman-zaman müxtəlif orqanlarda xərçəng xəstəliyinin yaranmasına gətirib çıxardır. Bunu araşdırmalar da təsdiqləyir. Xəstəliyə daha çox istifadə etdiyimiz yağlar səbəb olur. Marqarinlər, trans yağlar, palma yağları orqanizmdə çox ciddi fəsadlar törədir. Bu yağlar insan orqanizmi üçün yararlı olan yağların molekulundan bir neçə dəfə böyükdü. Belə yağlar zamanla həzm sistemində sorularkən həzm sisteminin süzgəcini sıradan çıxardır".
Akif Nəsirli vurğulayıb ki, süzgəc əslində böyük molekullu yağları qana buraxmamalıdır:
”Həmin yağlar hüceyrələrin daxilinə nüfuz edə bilmir, hüceyrə ətrafında stoplazmalarda toplanır. İri molekullu yağlar hüceyrə daxilinə nüfuz etmədiyinə görə ehtiyyat depolarına yönəlir. Beləcə insan kökəlməyə başlayır”. 
 
Akif Nəsirli depolardan birinin qaraciyərdə gedən piylənmə olduğunu vurğulayıb.
"Hüceyrə daxilinə nifuz etməkdə çətinlik çəkən yağlar müxtəlif orqanlarda yığılmağa başlayır. Digər orqanlarda yığılan yağlar bir o qədər də problem yaratmır. Həmin yağlar qaraciyəri zədələyir, bağırsaqların isə fəaliyyətini pozur. Azərbaycanda həkimə müraciət edən 10 adamdan 9-u qaraciyər piylənməsi problemini yaşayır. Bu da daha çox bağırsaq, qaraciyər və qadınlarda sinə xərçənginə gətirib çıxardır”.
 
Həmsöhbətimiz hesab edir ki, trans və palma yağları orqanizminin düzənini tamamiylə pozur: 
"Alimlər təsdiq edir ki, xərçənglər əsasən orqanizmdə uzun müddət davamlı qalan problemlərdən yaranır. Bu yağ da orqanizmdə uzun  müddətli problem yaradır. Palmanın meyvəsindən hazırlanan yağ insan oqranizmi üçün çox yararlıdır. Bu əvəzolunmaz qida məhsuludur, amma palmanın toxumlarından alınan yağ qida məhsulu üçün yararlı deyil. Bu yağ dünyada texniki vasitə kimi istifadə olunur, neftdən alınan yağdır. Bütün dünya palma toxumlarının yağından sənayedə, məsələn, sabun istehsalında istifadə edir”. 
Akif Nəsirli qeyd edib ki, iri molekullu yağlar qanda uzun müddət dövr edir: 
"Qan damarlarının divarlarına yapışır nəticədə qan damarlarında tıxac yaradır. Beyin və ətraflarda qidalanma problemləri yaradır ki, bu da müxtəlif xəstəliklərə səbəb olur. Bunun da sonu xərçəng xətəliyi ilə nəticələnir. Marqarin konkret olaraq neftdən alınır. Marqarindən hazırlanan yemək yeyəndə elə bil neft içirsən. Marqarin yağlardan şirniyyatda geniş istifadə olunur. Bu yağlar orqanizm üçün çox zərərlidir”. Qaynarinfo






Fikirlər