“Zibil maşınında işlədiyimə görə mənimlə yaxınlıq etmirdi” - Arvadını öldürən kişinin etirafı

“Zibil maşınında işlədiyimə görə mənimlə yaxınlıq etmirdi” - Arvadını öldürən kişinin etirafı

Arvadını uşaqlarının gözü qarşısında 46 yerdən bıçaqlayan ərin cəzası məhkəmə tərəfindən azaldılır.

  Haberler.com  xəbər verir ki, iki il əvvəl Konyada 46 yerində üç uşaq anası olan arvadı Tuba Erkolu bıçaqlayan Bəkir Erkolun məhkəmə önünə çıxarılıb. Əvvəl məhkəmə onun barəsində ömürlük cəza qərarı çıxarmışdı. Lakin indi cinayəti törədəndəki vəziyyətini nəzərə alaraq qərarı yumşaldaraq 18 il 4 aya endirilib.

Qatilin etirafları isə hamının heyrətinə səbəb olub: "Zibil maşınında işlədiyim üçün arvadım mənə "səndən zibil iyi gəlir" deyib aşağılayırdı. İki il mənimlə yaxınlıq da etməyib"./Milli.az






Fikirlər