Şəbnəm Azərbaycanı tərk edir: Bu səbəbdən...
Müğənni Şəbnəm Tovuzlu Azərbaycanı tərk etmək niyyətində olduğunu açıqlayıb. Türkiyəyə yollanan ifaçı təyyarədən görüntülərini izləyiciləri ilə bölüşüb. O, bundan sonra tez-tez İstanbula gedəcəyini açıqlayıb: “Bir az hər şeydən uzaq olmaq üçün gedirəm. Çox yorğunam. Ola bilsin artıq İstanbula daha çox gedib-gələm. Hətta orada yaşamağı belə düşünürəm”. İstanbula çatar-çatmaz alış-verişə yollanan Tovuzlu özünə 25 dəst libas aldığını bildirib: “Hər il gəlirəm özümə buradan alış-veriş edirəm. Çox gözəl libaslar var. Bakıda 400-500 manata olan geyimlər burada 200-300 dollaradır. Özümə şoppinq etdim. Azı 25 dənə libas aldım”./Gundem.az