“Mən İlhamə Quliyevanı təriflədikcə, o MƏNİ pisləyirdi” – BRİLLİANT Dadaşova – VİDEO
“Mən balacalıqda İlhamə Quliyeva üçün ölürdüm. Bacılarım bilir də. Mənim qədər onlara qulaq asan adam yox idi”. Bu sözləri açıqlması zamanı ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Xalq artisti Brilliant Dadaşova deyib. Həmkarından söz açan sənətçi, maraqlı açıqlamalar verib: “Mən onu təriflədikcə, o məni pisliyirdi. Ona görə də belə fikirləşirəm ki, heç kəs heç kəsi pisləməsin. Vallah 5 günlük dünyadır. O vaxtı verilişimdə İlhamə xanımı təriflədim. Proqram bitdikdən sonra, kanalın böyüyünün yanına gedib deyib ki, neynirsən e bu verilişi, bağla getsin”.