Ermənilərlə azərbaycanlılar DOST OLUR?! - Xaçatryanın bəyanatına Azərbaycandan REAKSİYA...

Ermənilərlə azərbaycanlılar dost olur? - Xaçatryanın bəyanatına Azərbaycandan REAKSİYA

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın ötən gün verdiyi bəyanat müzakirələrə səbəb oldu. 

İrəvanın keçmiş meri, ixtisasca iqtisadçı olan Xaçatryanın Azərbaycanla Ermənistanın dostluq münasibətlərini bərpa etməsi ilə bağlı irəli sürdüyü fikirlər birmənalı qarşılanmadı.

"AzerTaym.az" bildirir ki,mövzu ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov bunun artıq mümkün olmadığını deyib:

“Xaçatrynanın irəli sürdüyü fikirlər təbii ki, mümkün deyil. Biz bu qədər şəhid vermişik, onlar bizə zülm ediblər, vaxtilə Xocalı hadisəsini törədiblər. Heç bir müharibə əbədi deyil düzdür, düşünürəm ki, hansısa sülh müqaviləsi imzalanmalıdır, amma dostluq məsələsinə gəldikdə, ermənilərlə bizim aramızda dostluq heç vaxt olmayacaq. Bu düşmənçilik əbədiyyətə qədər davam edəcək. Çünki bu millət məkrli millətdir, onlar heç vaxt sülh istəməyiblər, hər zaman gözləri onun-bunun torpağında, mülkündə olub. Ona görə belə millətlə dostluqdan söhbət gedə bilməz”.

Muğam ifaçısı ermənilərin Qarabağda törətdiyi vəhşiliklərdən sonra iki dövlət arasında hər hansı dostluqdan söhbət gedə bilməyəcəyini qeyd edib:

“Biz sənətçilər işğaldan azad olunan torpaqlara gedib-gəlirik, adamın ürəyi ağrıyır. Dünyanın müxtəlif yerlərindən Qarabağa gedən jurnalistlər də ermənilərin orada törətdiyi vəhşiliyi görür. Bu insan işi deyil. İki dövlət arasında, xalq arasında müharibə gedə bilər, lakin heç bir millət ölülərlə, tarixi abidələrlə müharibə aparmır. Ermənilər bizim ölülərimizlə, şəhidlərimizlə müharibə aparıblar. Ona görə, düşünürəm ki, bundan sonra onlarla dostluq qətiyyən mümkün olmayacaq. Erməni nazir 30 il əvvəl dostluq münasibətlərimizin olduğunu deyib, xeyr, heç onda da bizim aramızda dostluq olmayıb. Bu qədər düşmənçilikdən, ermənilərin bizə qarşı olan kinindən sonra da bu olmayacaq”.  






Fikirlər