Elşad Miridən Kamran Həsənliyə CAVAB – “Xristianlığın düşüncəsidir”
Şoumen və aparıcı Kamran Həsənli maraqlı açıqlaması ilə gündəmə gəlib. O, bütün dini kitabları orta əsrlərin qalığı adlandırıb. Həmçinin ibadət yeri olan məscidlə kilsə arasındakı fərqdən danışıb.
Aparıcı kilsədə qadın və kişilərin bir yerdə ibadət etdiklərini nümunə gətirərək məsciddə bunun əksinin baş verdiyini qeyd edib. Ən əsası isə məscidə daxil olarkən ayaqqabının çıxarılması tələbinə qarşı çıxıb və bunu absurd yanaşma kimi dəyərləndirib.
Aparıcının bu fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb və o, sərt tənqid edilib.
Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri Bizim.Media-ya açıqlamasında Kamran Həsənlinin iddia və ittihamlarına belə cavab verib:
“Bütün dini kitabları oxumuşam demək həqəqətən də absurd yanaşmadır. Əgər Buddizmin tripitakasını, Qinzanı, Avesta və s-ni oxumamısansa və Qurani-Kərimi həqiqi mənada araşdırmamısansa, həmin kitablar haqqında biliyin sadəcə olaraq ümumi görüntüdən ibarətdir. Bundan əlavə dini kitabları arxaik adlandırmaq yanlış və xristianlığın düşüncəsidir. Quran məgər arxaik kitabdır? Xeyr...Quran günümüzdəki və gələcəkdəki insanlara da müraciət edir. Quran hər hansı tarix, Texnalogiya və ya elm kitabı deyil. Quran insanlara göndərilmiş bir həyat və noviqator kitabıdır”.
İlahiyyatçı məsciddə ayaqqabının soyunması məsələsinə də toxunub. O, hər hansı məsciddə bu tələblə qarşılaşmadığını vurğulayaraq ibadət yerinin xüsusi qaydasına uyğun davranmağı daha məqsədəuyğun hesab edib:
“Məscidə gedəndə oradakı qaydanı görüb ayaqqabımı çıxarmamağım düzgün olmaz. Əgər qonaq getdiyim evdə ayaqqabını çıxarmadan gəzsəm, ev sahibinə hörmətsizlik deyilmi? Bu, mənim özümün etik hərəkət etmədiyimi göstərmirmi? Bu, mənim ədəbsizliyim deyilmi? Bu cür yanaşma nə qədər məntiqli və şuurludur?