Paxıl insanın şərindən qorunmaq üçün əla vasitə ...

Böyük İslam mütəfəkkiri İbn Qayyim “Bədəi əl-Favaid” adlı kitabında (238-245) paxıllıq edilənin şərindən qorunmaq üçün on səbəb barədə danışarkən deyir:

 

9-cu səbəb: “Paxılın, həddi aşanın və əziyyət verənin atəşini ona yaxşılıq edərək söndürmək.”

 

Hər dəfəsində əziyyəti, şəri, ədavəti və həsədi artdıqca, ona qarşı yaxşılığı, nəsihəti və şəfqəti artır. Bu, nəfs üçün (həll) vasitələrinin ən çətini və nəfsə ən ağır gələnidir. Buna yalnız Allahdan böyük pay sahibi almış kəslər nail ola bilər.

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.” (Quran, Fussilət 34-36)

 

Bil ki, səninlə Allah arasında aqibətindən qorxduğun günahların vardır. Ümid edirsən ki, O səni əfv etsin, bağışlasın və (xeyirlər) bəxş etsin. Bununla yanaşı, üstəlik O sənə nemət verər, lütfündən əta edər. Sənə, arzuladığından daha çox mənfəət və yaxşılıq verər.

 

Əgər günahların qarşılığında Rəbbindən bunu ümid edirsənsə, elə isə yaradılmışların etdiyi pislik qarşılığında onlarla bu cür rəftar etməyin – daha uyğun və daha layiqdir. Bu, Allah da səninlə belə rəftar etsin – deyədir. Çünki mükafat əmələ görədir.

 

 

www.islamevi.az






Fikirlər