“10 deputatın şəklini qoyurlar və yazırlar ki, 10 milyarder…” – Hadı Rəcəbli

 

 

hadis_recebli_li_ilham_eliyev_islahat_kurs_1549274080Son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir.

Parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında sosial şəbəkələrin tənzimlənməsinə və bununla bağlı müvafiq qanunlara əlavə, dəyişikliklərin edilməsinə zərurətin yarandığı deyilib. Hətta bəzi deputatlar çıxışlarında sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsini istəyiblər.

Maraqldıır, Azərbaycanda sosial şəbəkələrin üzərində nəzarətin gücləndirilməsinə və bununla bağlı qanunverciliyə dəyişikliklərin edilməsinə ehtiyac varmı?

Məsələ ilə bağlı Milli Məclisin deputatları fikirlərini Modern.az-a bölüşüblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, dəfələrlə onun sosial şəbəkələrdə, bəzi kütləvi informasiya vasitələrində təhrif olunmuş fikirləri yerləşdirilib:

“Məsələn, guya mən demişəm ki, Facebook bağlansın. Bəzi sosial şəbəkə səhifələri, saytlar var ki, ancaq söyüş və təhqir paylaşmaqla məşğuldurlar. Onlar sağlam fikirləri ora yerləşdirmirlər. Axı, belə olmaz… Sosial şəbəkələrdə belə bir şey qoyublar ki, Hadi Rəcəbli deyib ki, mənim nəvələrim baxır, söyüş söyməyin. Mən orada pis söy deməmişəm ki… Bu söz təkcə mənim deyil, millətin sözüdür. Sosial şəbəkələrdə təhqir, şərəf və ləyaqətin alçaldılması yolverilməzdir. Bu, ölkəmizin qanunlarında da öz əksini tapıb. Bunu edənlər mütləq cəzalanmalıdır.

Hesab edirəm ki, mütəmadi olaraq qaydaları pozan, insanları təhqir edən, onların şərəf və ləyaqətini alçaldan sosial şəbəkə səhifələri, saytlar beynəlxalq hüquq normalarına və qanunlara söykənərək bağlanmalıdır.

“Biz demirik ki, Faceebook, o biri sosial şəbəkələr olmasın. Bildiyimiz ki, deputatın toxunulmazlıq hüququ var. Amma bu gün bəzi sosial şəbəkələrdə 10 deputatın şəklini qoyurlar və yazırlar ki, 10 milyarder. Bunu yazan öncə sübut etməli, faktlara söykənməli sonra isə dərc etməlidir. Hüquqi əsası və sübutu olmayan heç bir məlumat yazılmamalıdır.
Məsələn, elə sizin sayt – Modern.az oxucu tutmaq üçün iyrənc vasitələrə əl atmır. Düz yolunu tutub gedir, sadəcə və sadəcə informasiya yaymaqla məşğuldur. Fürsətdən istifadə edib rəhbərlik başda olmaqla hər birinizə təşəkkür edirəm”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Araz Əlizadə deyib ki, bəzi sosial şəbəkələrdə insanlar təhqir olunurlar:

“Hesab edirəm ki, belə sosial şəbəkələrin olmağındandırsa, olmamağı daha yaxşıdır. Ancaq elə sosial şəbəkələr də var ki, insanlar orada fikir mübadiləsi aparırlar. Hesab edirəm ki, belə sosial şəbəkələr də olmalıdır. Təhqir, yalan yazılan sosial şəbəkə səhifələri nəzarətə götürülməldir. Bu hallar təkcə Azərbaycanda yoxdur, bütün dünyada var. Almaniyada, ABŞ-da və s ölkələrdə sosial şəbəkələrin nəzarətə götürülməsi ilə bağlı qanunlar qəbul edilib. Bəzi zırramalar elə bilirlər ki, sosial şəbəkələrdə ağızlarını açıb nə istəsə, deyə və yaza bilərlər”.






Fikirlər