Gürcüstan çökəcək və tamamilə dağılacaq - Saakaşvili

Gürcüstan çökəcək və tamamilə dağılacaq - Saakaşvili

“İvanişvilinin xüsusi təyinatlıları Gürcüstanı ağır vəziyyət, ümidsizlik və səfalətdən xilas etmək üçün mübarizə aparan bütün liderlərin yanına gedəcək”.

  Bunu Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvili müxalifət lideri Nika Meliyanın həbsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan tarixində, son onilliklərdə əsas müxalifət partiyasının sədri və lideri həbs olunmayıb.

M.Saakaşvili qeyd edib ki, müxalifət mübarizəni qələbə əldə olunana qədər davam etdirməlidir.

Keçmiş prezident tezliklə Gürcüstandan heç nə qalmayacağını bildirib: “İvanişvilinin hakimiyyəti dövründə ölkəni 900 mindən çox insan tərk edib. Ölkə çökəcək və tamamilə dağılacaq. Bu, gürcü xalqının soyqırımıdır. Biz mübarizəni qələbə ilə nəticələndirməliyik və əminəm ki, bu, belə də olacaq. Lakin bu, çətin mübarizə olacaq”. (Report)






Fikirlər