Ermənistan MSK-dan SON NƏTİCƏ: Nikol Paşinyanın partiyası QALİB GƏLDİ (YENİLƏNDİ)

Ermənistan MSK-dan SON NƏTİCƏ: Nikol Paşinyanın partiyası QALİB GƏLDİ

Ermənistan Mərkəzi Seçki Komissiyası 2008 seçki məntəqəsində səslərin sayılması prosesini 100% yekunlaşdırıb.

Publika.az xəbər verir ki, mərkəzin açıqladığı son nəticə belədir:

"Vətəndaş Müqaviləsi" partiyası - 53.92%

"Ermənistan" bloku - 21,04%

"Şərəfim var" bloku - 5.2%

"Çiçəklənən Ermənistan" partiyası - 3.9%

Digər siyasi qüvvələr - 15.7%

Nikol Paşinyan Yerevanda olduğu kimi Sünik də daxil olmaqla, Ermənistanın bütün bölgələrində qalib gəlib. Paşinyanın partiyasına təkbaşına höküməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb.

xxx

08:12

Ermənistan Mərkəzi Seçki Komissiyası səslərin 97 faizinin sayıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, mərkəzin açıqladığı son nəticə belədir:

 

"Vətəndaş Müqaviləsi" partiyası - 667,302 (53.9%)

"Ermənistan" bloku - 256,887 (20.8%)

"Şərəfim var" bloku - 64,534 (5.2%)

"Çiçəklənən Ermənistan" partiyası - 49,081 (4%)

"Respublika" partiyası - 37,191 (3%)

xxx

06:46

Ermənistan Mərkəzi Seçki Komissiyası 1808 seçki məntəqəsində səslərin sayılması prosesini yekunlaşdırıb.

Publika.az xəbər verir ki, mərkəzin açıqladığı son nəticə belədir:

"Vətəndaş Müqaviləsi" partiyası - 55.02%

"Ermənistan" bloku - 20.41%

"Şərəfim var" bloku - 5.23%

"Çiçəklənən Ermənistan" partiyası - 4.1%

xxx

04:30

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən növbədənkənar parlament seçkisinin ilkin nəticəsi ilə bağlı yeni məlumat yayıb.

Publika.az xəbər verir ki, 2008 seçki məntəqəsindən 1511-də səslər artıq tamamilə sayılıb.

Son nəticə belədir:

"Vətəndaş Müqaviləsi" partiyası - 55.66%

"Ermənistan" bloku - 20%

"Şərəfim var" bloku - 5.27%

"Çiçəklənən Ermənistan" partiyası - 4.33%

xxx

02:12

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən növbədənkənar parlament seçkisinin ilkin nəticəsi ilə bağlı yeni məlumat yayıb.

Publika.az xəbər verir ki, 2008 seçki məntəqəsindən 833-də səslər artıq tamamilə sayılıb.

Son nəticə belədir:

"Vətəndaş Müqaviləsi" partiyası - 58.17%

"Ermənistan" bloku - 18.75%

"Şərəfim var" bloku - 5.3%

"Çiçəklənən Ermənistan" partiyası - 4.74%

xxx

23:13

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən növbədənkənar parlament seçkisinin ilkin nəticəsi ilə bağlı yeni məlumat yayıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, səslərin 58.04%-ni Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası qazanıb.

Robert Koçaryanın "Ermənistan" bloku isə 22.01% səslə ikinci pillədə qərarlaşıb.

İş adamı Gagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 5,11% səslə 3-cü, Sarkisyanın "Şərəfim var" bloku isə 5.66% səslə 4-cüdür.

Bildirək ki, bloklar üçün 7-%-lik baryer qoyulub.

xxx

23:00

Ermənistanda keçirilən növbədənkənar parlament seçkisində 64 məntəqədən toplanan səslər açıqlanıb.

Publika.az xəbər verir ki, ilkin nəticə belədir:

• "Vətəndaş Müqaviləsi" partiyası (Paşinyan) - 62.7%
• "Ermənistan" bloku (Koçaryan) - 17%
• "Çiçəklənən Ermənistan" partiyası - 4.9%
• "Şərəfim var" (Vanesyan və Sarqisyan) - 3.8%

xxx

22:31

Ermənistanda keçirilən növbədənkənar parlament seçkisində səsvermənin nəticəsi ilə bağlı ilkin məlumat yayımlanıb.

Publika.az yerli mətbuata istinadla xəbər veirir ki, Mərkəzi Seçki Komissiyası ilkin olaraq xaricdə diplomatlar üçün təşkil edilmiş elektron səsvermənin nəticəsini elan edib.

Belə ki, Nikol Paşinyanın partiyası 163 səs, Rober Koçaryanın bloku isə 135 səs qazanıb.

Elektron sistemlə səs vermək hüququna malik vətəndaşların ümumi sayı 650 nəfərdir. Səsvermədə 500 seçici iştirak edib. 45 səs etibarsız hesab olunub.






Fikirlər