Bir gündə 52 MİT-çi edam edildi: Hakan Fidan həmin gün... – ŞOK DETALLAR
PKK terror təşkilatı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 52 agentini bir gündə edam edib. Publika.az “Türkiye Gazetesi”nə istinadən xəbər verir ki, bu Fəthullahçı Terror Təşkilatının (FETÖ) PKK-ya verdiyi siyahı nəticəsində mümkün olub. Nəşrin əməkdaşı Nuru Eibolun yüksək vəzifəli təhlükəsizlik səlahiyyətlilərindən əldə etdiyi məlumata görə, PKK içində olan MİT heyətinin adları FETÖ tərəfindən PKK-ya sızdırılıb. MİT rəhbəri Hakan Fidanın FETÖ-çü prokurorlar tərəfindən ifadə verilməsi üçün çağırıldığı gün - 2012-ci il fevralın 7-də adları PKK-ya sızdırılan 52 MİT əməkdaşı terror təşkilatı tərəfindən edam edilib. Xatırladaq ki, ötən ay eyni mövzu barədə “Anadolu” agentliyi yazıb. Agentliyin yazdığına görə, İstanbulda tutulan FETÖ üzvü Camal Bulut PKK-ya sızan MİT əməkdaşlarının siyahısını PKK rəhbərlərinə göndərib. İstintaq zamanı Camal Bulutun PKK-ya sızan təhlükəsizlik və MİT əməkdaşlarının siyahısını Şimali İraqa gedərək PKK-nın liderlərinə verdiyi ortaya çıxıb. Onun Şimali İraqa FETÖ-nün “Şimali İraq nümayəndəsi” T. B. və “media üzrə məsul şəxsi” ilə getdiyi bildirilir.