Merkel Putini Britaniya kəşfiyyatına satdı - ŞOK İDDİA

Merkel Putini Britaniya kəşfiyyatına satdı - ŞOK İDDİA

 

Almaniya kansleri Angela Merkel Almaniya Federal Kəşfiyyat Xidməti (BND) tərəfindən Rusiya prezidenti Vladimir Putinlə bağlı hazırlanmış dosyeni Britaniya xüsusi xidmət orqanlarına verib.

Publika.az xəbər verir ki, bu haqda “Focus” nəşri bildirib.

Jurnal Almaniya xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən iddia edir ki, 2015-ci ilin oktyabrında Merkel Britaniyanın baş naziri Devid Kameronun rəsmi şəhərkənarı iqamətgahına - Çekers malikanəsinə baş çəkib. Kansler burada Britaniya kəşfiyyatı (MI6) və əks-kəşfiyyatının (MI5) rəhbərləri - Aleks Yanqer və Endrü Parkerlə görüşüb.

Britaniya kəşfiyyat şefləri söhbət zamanı Almaniyada mümkün terror aktları haqqında Merkelə xəbərdarlıq ediblər. Kansler də öz növbəsində onlara Rusiya prezidenti haqqında analitik materialları və Krımdakı vəziyyət haqqında dosyeni verib.

Nəşr qeyd edir ki, Merkel səfəri barədə alman xüsusi xidmət orqanlarının rəhbərlərinə rəsmən xəbərdarlıq etməyib. Bu isə BND və Almaniyanın konstitusiya müdafiəsi federal xidməti tərəfindən hiddətlə qarşılanıb. Bundan başqa, “Focus”un məlumatına görə, Merkel britaniyalılara informasiyanın ötürülməsi haqqında alman kəşfiyyatçıları və əks-kəşfiyyatçılara heç nə bildirməyib.

Gözlənildiyi kimi, Merkel mayın 2-də Moskvaya səfər edəcək. Səfər proqramında Vladimir Putinlə görüş də var. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov martın 9-da bildirib ki, Almaniya kanslerinin Rusiyaya səfəri Rusiya-Almaniya dövlətlərarası məsləhətləşmələrinin yeniləndiyini göstərmir.

Merkellə Putin arasında son telefon söhbəti fevralın 7-də olub. İki ölkənin liderləri Ukraynada atəşkəs rejiminin təcili bərpası üçün müzakirələr aparıblar.






Fikirlər