Azərbaycanın bığlı məmurları - SİYAHI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı AZAL prezidenti Cahangir Əsgərova xitabən “Onun bığı yoxdur?” deməsi dünən sosial şəbəkələrdə gündəm oldu. Bığ məsələsi bizim coğrafiyada həssas mövzulardan hesab olunur. Bir dəfə bığ saxlayan şəxs nadir hallarda bu imicindən imtina edir. Mövzuya olan marağı nəzərə alaraq “Yeni Sabah” Azərbaycanda yüksək vəzifə tutan və eyni zamanda bığ saxlayan məmurların siyahısını hazırlayıb. Bəlli olur ki, əslində ölkəmizdə yüksək vəzifədə olanların böyük əksəriyyəti bığ saxlamır. Ona görə də bığlı məmurlarınızın qısa siyahısını təqdim edirik: Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Maliyyə naziri Samir Şərifov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Müdafiə naziri Zakir Həsənov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan Hərbi prokuroru Xanlar Vəliyev SOCAR prezidenti Rövnəq Abdullayev Prezidentin köməkçisi Fuad Ələsgərov.