Qərbin Ukraynaya yardımının azalması müharibənin taleyinə nə vəd edir?

Qərbin Ukraynaya yardımının azalması müharibənin taleyinə nə vəd edir?

Son vaxtlar Qərbin Ukraynaya hərbi və maddi yardım göstərmək imkanlarının əhəmiyyətli dərəcədə azalması ilə bağlı dünya mediasında fikirlər yer almaqda, müxtəlif siyasilərin dilindən bəyanatlar səslənməkdədir.

 

Bəs əslində necə, doğrudanmı Qərb Ukraynaya dəstək vermək iqtidarında deyil və ya artıq bu dəstəyi özünə yük hesab edir? Qərbin Ukraynaya yardımının azalması müharibənin taleyinə nə vəd edir?

 

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Qərbin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib:

“Ermənilər haqq yoluna gəlir, amma bir problem var”

 

“Birincisi, Ukraynaya yardım kəsilməyib, yardım davam edir. Sadəcə, hazırda ABŞ-da daxili siyasi mübarizə gərginləşib. Ona görə də ABŞ-ın İsraillə birlikdə Ukraynaya yardım layihəsi qəbul edilmədi. Ancaq yəqin ki, bu mübarizə səngiyəndən sonra bu yardımların davamına şahid olacağıq.

 

Ancaq bu da sirr deyil ki, Qərbin Ukraynaya verdiyi yardımların miqyası mövcud tələbata cavanm vermir. Bu yardımların miqyası lazım olandan təxminən 10 dəfə azdır. Əgər Rusiya hər ay müharibəyə 8 milyard dollar xərcləyirsə, Ukrayna 1-1,2 milyard dollar xərcləyir. Bu baxımdan Ukraynaya daha çox yardımın göstərilməsi vacibdir.

 

Yardımlaırn tempində, çatdırılmasında da problemlər var ki, bu da Ukrayna ordusu üçün əlavə çətinliklər yaradır. Lakin ümid edirəm ki, hər şey Ukrayna xalqı və Ukrayna ordusu üçün yaxşı nəticələnəcək”.

 

Seymur ƏLİYEV






Fikirlər