“GENERAL BUDANOVUN DEDİYİ HÜCUM ARTIQ BAŞLAYIB” - “Rusiya qoşunlarını bu üç istiqamətə dartıb gətirəcək və...”

“Rusiya danışıqlar və atəşkəs tələb edəcək...Başa düşürlər ki, iyunun əvvəlində “imkan pəncərəsi” bağlanacaq”

Rusiya ordusu Ukraynada apardığı müharibənin son dörd ayında demək olar ki, bütün cəbhə boyunca durmadan hücuma keçib və bunun nəticəsində müəyyən kiçik mövqe uğurları əldə edib. Rusiya qoşunları strateji üstünlük qazanmaq üçün Ukraynanın müdafiə xəttinin dərinliklərinə irəliləmək və böyük şəhərləri zəbt etmək niyyətindədir. Beynəlxalq KİV-lərin məlumatına görə, ruslar Ukraynanın Sumı və Xarkov vilayətləri ilə sərhədə xeyli qoşun cəmləşdiriblər. Digər tərəfdən, Kreml Ukraynanın Qərb yardımları almasına qədər indiki üstün vəziyyətindən maksimum yararlanmağa çalışır.

“AzPolitika” xəbər verir ki, sözügedən məsələlərlə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspet Oleq Jdanov Ukraynanın qlavred.info saytına müsahibə verib.

 

 

 

Həmin müsahibəni təqdim edirik:

-Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bildirib ki, Rusiya ordusu Xarkov istiqamətində qruplaşır. Rusların məqsədi nədir, Xarkov üçün və ya Xarkov vilayətinin şimalı üçün təhlükə varmı?

- İlk növbə hansı ordulardan söhbət getdiyini müəyyənləşdirmək lazımdır. Xarkov istiqamətində yenidən qruplaşma Kupyansk yaxınlığında da gedir. Orada həqiqətən də rusların tank diviziyası ilə gücləndirilmiş zərbə qrupu yığılıb. Rusiya ordusu bizim cəbhənin bir sahəsini yararaq irəliləyib. Kupyansk-Uzlovsku zəbt etmək onların qarşısında dayanan strateji tapşırıqdır, çünki rusar çoxdandır ki, dəmir yolu xəttini tutmaq istəyirlər. Bu, gözləniləndir. Axı, onlar çoxdandır ki, orada toplanırlar, amma döyüşlərə yalnız indi başlayıblar. Lakin bu, döyüşlərin bütün cəbhə boyu yox, yalnız ayrı-ayrı sahələr üzrə aktivləşməsidir.

Yeri gəlmişkən, onu deyim ki, könüllülərdən ibarət “Rusiya Azadlıq Gücləri” Rusiya ordusunun hücum əməliyyatının başlanmasını bir qədər yubatdı. Çünki ruslar Bryansk və Belqorod vilayətlərinə bir neçə hərbi dəstə yollamaq məcburiyyətində qaldılar.

-Necə fikirləşirsiniz, Rusiyanın güc yığmasını nəzərə alsaq, onun hansısa iri miqyaslı əməliyyat apara biləcəyini söyləmək olarmı? Yoxsa, bunu cəbhəni daha da genişləndirmək məqsədilə edirlər?

-Mənə görə, rusların əsas işi bizim ehtiyat qüvvələrimizi bütün cəbhə boyuna yaymaqdır. Çox güman ki, onlar məhz Avdeyevka tərəfini əsas zərbə istiqaməti seçəcəklər. Çünki Rusiya başlıca olaraq İkinci Dünya Müharibəsinin xüsusiyyətinə uyğun döyüşür, yəni harada uğur qazanırlarsa, bütün güclərini oraya yönəldirlər. Ola bilər ki, Baxmut istiqamətində, Çasov Yardakı döyüş aktivliyi ruslara imkan verib ki, briqadaları, polkaları Oçeretnıya yollasınlar və həmin istiqamətdə bizim cəbhəni yarmağa cəhd etsinlər.

Mən Xarkova qarşı kəşfiyyat döyüşü aparılmasını istisna etmirəm. Yəni, Xarkov vilayətində rusiyalılar batalyon səviyyəsində döyüşə girişməyə cəhd göstərə bilərlər. Onlara sərhədi yarıb keçmək müəssər olmayacaq. Orada bizim kifayət qədər ordumuz var. Ancaq biz oradakı hərbi hissələri digər operativ istiqamətlərə yollaya bilmərik.

-May-iyun aylarında aktiv döyüşlərin olması barəsində bəyanatlar var. Rusiya ordusu hansı istiqamətlərdən hücuma hazırlaşır?

-Biz burada yeni bir şey görmürük, Kupyansk istiqaməti aktivləşə bilər, hərçənd ki, ruslar oradan qoşunlarını Avdeyevka, Baxmut və ya Novopavlovsk istiqamətinə dartıb gətirəcək. Ukrayna ordusu isə Xerson istiqamətində fəallaşıb. Yəni, Rusiya böyük itkilər verməsinə baxmayaraq, Donbasdakı bu üç istiqamətdə daha çox ərazi zəbt etməyə cəhd göstərəcək. Çünki Rusiya burada qismən uğur qazanıb.

Ruslar başa düşürlər ki, mayın sonu, iyunun əvvəlində onlar üçün “imkan pəncərəsi” bağlana bilər. Çünki o vaxta qədər bizə kifayət sayda artilleriya və mərmilər gəlməyə başlayacaq. Bu baş verən kimi cəbhədəki vəziyyət kəskin şəkildə Ukraynanın xeyrinə dəyişəcək.

Onların strateji ehtiyatları yoxdur, hansısa operativ ehtiyatları var, ancaq bu da çox böyük deyil. Ona görə də onlar anlayırlar ki, Ukrayna Silahlı Qüvvələri aviasiyanın köməyi ilə məhdudiyyətsiz artilleriya cavabı verəcək. Elə bu səbəbdən də bütün güclərilə, nəyin bahasına olursa-olsun cəbhə xəttini yarmağa çalışırlar. General Budanovun dediyi hücum artıq başlayıb.

Bizə göndərilən silah və sursatın həcminə baxanda rusların yayda müəyyən nəticə göstərəcəklərinə şübhəm yaranır. Mən demirəm ki, biz çox irəliyə gedəcəyik,hələlik bunun üçün resursumuz azdır. Hərçənd ki, prezident 2024-cü ilin payızında əks-hücuma keçmək imkanına eyham vurub. Ancaq yayda biz Rusiyanı dərin müdafiəyə çəkilməyə məcbur edə bilərik.

 

 

-Rusiyalılar nəyə ümidlidirlər? Maksimum ərazi tutmaq və sonra Ukraynanı danışıqlara çəkmək istəyirlər?

-Biz atəş gücü baxımından vəziyyəti öz leyhimizə dəyişən kimi ruslar yenidən nüvə dəyənəyini yellədəcəklər və Ukraynaya qarşı yeni informasiya dalğası başlayacaq. İndi onlar “21 may” informasiya əməliyyatına hazırlaşırlar(2019-cu ilin 20 mayında Zelenskinin and içmə mərasimi olmuşdu). Rusiya danışıqlar və atəşkəs tələb edəcək, çünki strateji təşəbbüsü itirməyə başlayacaq.

Rusiya ilin sonuna kimi sayı 300 min nəfərdən çox olan ordu formlaşdırmaq istəyir. Buraya iki ümumqoşun ordusu,14 diviziya, 16 briqada daxildir. Rusiyadakı siyasi vəziyyət Putinə çıxıb müharibə elan etməyə və səfərbərliyin ikinci dalğasına başlamağa imkan vermir. Putinin qismən səfərbərlik haqqındakı əmrinin indiyədək qüvvədə olmasına baxmayaraq, Şoyqu 300 min ehtiyat qüvvənin təlimlərə yığılması barədə göstəriş verib. Hələlik siyasi məqsədəuyğunluq baxımından buna getmirlər. Amma 300 min nəfərin yığılması ilə əlaqədar tədbirlər görülür, sərhədi qapayıblar. Məsələn, güc strukturlarında işləyənlərin pasportlarını alıblar, məmurlara ölkəni tərk etməyə qadağa qoyulub.

İndi belə sual yaranır ki, Rusiya bu qədər adamı yığa biləcəkmi? Digər sual isə bu ordunun nəylə döyüşə gedəcəyidir. Əlbəttə, onlar “T-34” tankı ilə də hücuma keçə bilərlər, lakin Rusiya iqtisadiyyatı tənginəfəs olub və o, yeni silah nümunələri istehsal etmək qabiliyyətində deyil. Hətta Şoyqu da zavodlara baş çəkən zaman bunu dilə gətirib. Lazımi komponentin çatışmazılığı üzündən texnikanın bərpa edilməsi də çətinləşir.

-Siz cənub istiqamətindəki müəyyən uğurları xatırlatdınız. Yaxın vaxtlarda oradan nə gözləmək olar? Yayda Xersonun sol sahili və Krımın azad edilməsinin hansı perspektivləri var?

-Bu gün Xerson istiqaməti bizim ərazimizdəki Rusiya ordusunun hansı vəziyyətdə olmasını göstərən bariz indikatordur. Əgər imkanları olsaydı, bu platsdarmı məhv etmək üçün oraya əlavə qüvvələr göndərərdilər. Hələ bunun əvəzinə keçən həftə Ukrayna oradakı platsdarmı genişləndirdi və Krınkidən cənubda yerləşən Nestriqa adasını nəzarət altına aldı. Rusların Ukrayna ordusunu sol sahildə əzmək üçün müharibənin alovuna ata biləcəyi gücləri yoxdur. Ukrayna ordusunda uzaqmənzilli raketlər peyda olandan sonra Krımdakı hərbi obyektlərə planlı şəkildə zərbələr endiriləcək.

Yaxşı olardı ki, biz Neft Emalı Zavodlarından başqa, dəmir yollarına da diqqət edək. Çünki dəmir yollarının fəaliyyəti dayansa, bir neçə ay ərzində Rusiya ordusunun nəfəsi kəsiləcək. Bizə artıq 100 ədəd uzaqvuran raket verilib, Fransa, İtaliya və Böyük Britaniya “SCALP” və Storm Shadow” raketləri verməyə razırlaşıblar. Quru dəhzlinin kəsilməsi üçün bizim həmçinin Krım körpüsünü məhv etməyimiz məqsədəuygun olardı. Bu isə qələbənin 80 faizi deməkdir.






Fikirlər