ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ TƏYİN OLUNDU - Prezident Sərəncam imzalayıb + DOSYE

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi-VİDEO » Son xəbərlər,Azərbaycanda və Dünyada ən aktual hadisələr 1Xeber.media Xəbər Saytında

Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamına əsasən, Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

 AzerTaym.az Anar Əliyevin dosyesini oxuculara təqdim edir:

Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib, 2002-ci ildə magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb.

2000–2006-cı illərdə 1 saylı yerli İqtisad Məhkəməsində məhkəmə iclasının katibi, 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi. 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində çalışıb.

O, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 

Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.

2018-ci ildə nazirin əmri ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – Nazirliyin aparatının rəhbəri təyin edilib. 

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə həmin ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışırdı.

Ailəlidir, 2 övladı var.






Fikirlər