SON DƏQİQƏ! Azərbaycan ictimaiyyətinə AĞIR İTGİ üz verib: Görkəmli şəxsi itirdik...

AZƏRBAYCANDA UNİVERSİTETİN VƏZİFƏLİ ŞƏXSİ VƏFAT EDİB - FOTO - YouTube

Bu barədə "AzerTaym.az"-a mərhumun bacısı oğlu "MediaTv.az" saytının baş redaktoru Əfqan Bəhluloğlu məlumat verilib.

O,bildirib ki,alim Z.Əliyev 64 yaşında bir aya yaxın idi ki, koranavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.   

Qeyd edək ki, Z.Əliyev 1957-ci il fevralın 5-də Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olub. O,2014-cü ildən isə “Pedaqoji” fakültənin dekanı vəzifəsində çalışırdı.

Z.Əliyev 1979-1985-ci illərdə Cəlilabad rayonunda orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini və məktəb direktoru işləyib. 1985-ci ildən hazırki dövrə qədər AKU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1989-cu ildə "VII-IX -əsrlərdə Azərbaycanda pul tədavülü " mövzusunda disertasiya işini müdafiə edərək "Tarix elmlər namizədi" adını alıb. 1993-cü ildə humanitar fənlər üzrə dosent elmi adını alıb. 5 elmi əsərin, 1 monoqrafiyanın, 82 elmi məqalənin müəllifidir.

1993-cü ildən 2003-cü ilə qədər “Humanitar” fənlər kafedrasının müdiri, 2007-ci ildən 2012-ci ilə qədər “Tarix” kafedrasının müdiri, 2012-ci ilin fevral ayından, 2014-cü il sentyabr ayına qədər “Magistratura” şöbəsinin müdiri vəzifəsində çalışıb.

"AzerTaym.az" olaraq biz də, həmkarımız Əfqan Bəhluloğlunamərhum alimin ailə üzvlərinə dərin hüznlə başsağığı verir,ona ALLAHdan rəhmət diləyirik!

 

 






Fikirlər