Maqsud Afət və Manafı təhdid edib: “Bizdən pul istəyirdi, iki aydır ki...”

Maqsud Afət və Manafı təhdid edib: “Bizdən pul istəyirdi, iki aydır ki...”

"Şərəf və ləyaqəti alçaldan adamla barışanın özü də şərəfsizdir. Maqsud Mahmudov qanun qarşısında cavab verəcək".

 Bunu müğənni Afət Fərmanqızı axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun saxlanılıb, Bakıya gətirilməsindən danışarkən deyib. Sənətçi bildirib ki, bloqer onu və həmkarı Manaf Ağayevi təhqir, təhdid etdiyinə görə cəzasını alacaq:

"Məni həm təhqir edirdi, həm də təhdid. Bizdən pul istəyirdi. Biz ona pul vermədik deyə bizi təhdid elədi. 1000 manat pul istədi. Dövlətimizi söyən adama niyə pul verməliyəm? Adını çəkmək istəmədiyim bəzi müğənnilər ona pul verdi, amma nə mən, nə də Manaf Ağayev pul verdik. Ona görə də bizi söydülər. Bu məsələ iki aydır ki, dövlətin nəzarətindədir, aidiyyatı yerlərə şikayət edilib. Ona görə də bununla bağlı geniş açıqlama verə bilmirik. Nəticəni gözləyək. Qanun hər kəs üçündür, bizim güclü dövlətimiz var".

Müğənni deyir ki, heç kim dövlətin qanunlarından kənarda qeyri-qanuni iş görə bilməz:

"Mənim şərəf və ləyaqətimi Maqsud kimi dövlətimizin əlehinə danışan satqın, şərəfsiz alçalda bilməz. Gözləyrdik ki, həbs olsun, Allah şükür ki, bu günü gördüm. Məni kim təhqir etsə, cavabını alacaq".

Qeyd edək ki, axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudov saxlanılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. 

Xatırladaq ki, Maqsud Mahmudovun təhqir və təhdid etdiyi şəxslər arasında müğənni Afət Fərmanqızının da adı var./Qaynarinfo






Fikirlər