Kərəm Həsənovla bağlı İLGİNC İDDİALAR... - kriminal avtoritetlə əlaqələri olub?

Azərbaycanda məmuriyyətin korrupsiyaya bulaşması qeyri-adi xəbər deyil, lakin oliqarxlaşan yüksək çinli vəzifəlilərin arasında "oğru dünyası"na da qarışanların olması artıq onların cinayət və kriminal aləmə bağlantısını ortaya qoyur.

Məmur dövlətin nümayəndəsidir, rəsmi şəxsdir, idarəçilikdə təmsil olunur, sual yarana bilər ki, onun "qanuni oğru"larla nə əlaqəsi var? Yəni o deməkdir ki, dövlətin adamı kriminal dünyasına baş vurub və əli "vor zakon" aləminə çatır. Bu halda mütləq şəkildə dövlətin müvafiq orqanları həmin məmurun əlaqələrini təftiş etməli, yoxlamalı, kriminal dünyasına nə kimi təsirləri olduğu, dövlətə vura biləcəyi zərər-ziyan öyrənilməlidir. 

  Anaxeber.info bildirir ki, bu günlərdə Xural.tv rəhbəri Əvəz Zeynallının Azad Söz kanalında açıqladığı dəhşətli fakt bu mövzunu gündəmə gətirib və böyük müzakirələrə səbəb olub. Ə. Zeynallının sözlərinə görə "lotu Quli" adı ilə tanınan mərhum kriminal avtoritet Nadir Səlifovu hələ həbsdə olduğu dövrdən tanıyır və o zaman münasibətləri yaranıb.

 Ə. Zeynallı bildirib ki, "lotu Quli" ona bir məqalənin silinməsini xahiş edib. Jurnalist də cavabında deyib ki, kriminal avtoritet insana bir dəfə zəng edər və təbii ki, Ə. Zeynallı bu müraciəti hörmət-xətirlə qarşılayıb. Məlum olub ki, N.Səlifov ondan hazırda Prezidentin köməkçisi Kərəm Həsənovla bağlı gedən məqalə haqda xahiş edib. Ə. Zeynallı bunun səbəbini soruşanda "lotu Quli" deyib ki, Kərəm Həsənovla dostluq münasibətləri var. Jurnalistin bu çıxışı sosial mediada partlayış yaradıb. Təsəvvür edin ki, Prezidentin köməkçisi Kərəm Həsənov barəsində gedən yazıya görə nə Administrasiyanın ictimai - siyasi şöbəsinə, nə Mətbuat Şurasına demir, birbaşa kriminal avtoritetdən məsələnin həllini xahiş edir. Qəribədir, K. Həsənov dövlət rəhbərinin köməkçisi olduğu halda nə üçün özü haqda yazını "lotu Quli" vasitəsi ilə sildirmək istəyib? Prezidentin köməkçisinin "vor zakon" aləmi ilə nə kimi əlaqəsi var? Dövlətin önəmli fiqurlarından biri kriminal aləmə möhtacdırsa, "lotu Quli"yə ağız açırsa, deməli, çox ciddi bir boşluq və problem mövcuddur. Üstəlik, K. Həsənovun indi də N. Səlifovun çevrəsi ilə əlaqələri araşdırılmalıdır. Onun qətlindən sonra adamları hələ də var və dövlət məmurunun bağlantısı yoxlanılmalıdır. Yeri gəlmişkən, "lotu Quli" elə K.Həsənova məxsus olduğu deyilən Antalyadakı "Alva Donna" otelində qətlə yetirilib. Bu da maraq doğurur ki, niyə məhz K. Həsənova aid oteldə imiş və orada öldürülüb? Deməli, Ə. Zeynallının dediyi kimi, K. Həsənovun kriminal avtoritetlə əlaqələri olub. Əks halda ondan yazını sildirməyi istəməzdi. Bundan əlavə, Ə.Zeynallı qeyd edib ki, K. Həsənova aid "Alva Donna" otelinə azərbaycanlılar buraxılmır. Səbəbi bilinməsə də, çox təhqiramiz münasibətdir. Öz həmvətənlərini Türkiyədəki otelinə buraxmayan bir məmur elə yalnız kriminal aləmlə əlaqə qura bilər. Hər halda dövlət rəhbərliyinin ətrafında belə qalmaqallı məmurun olması yaxşı hal deyil. Hərçənd Kərəm Həsənov Mətbuat Şurası vasitəsi ilə də yazı haqda xahiş edə bilərdi, bunun üçün "lotu Quli"yə demək suallar doğurur. Ümumiyyətlə, K. Həsənovun adı bir sıra skandal işlərdə keçibşə. Hələ Əmlak Komitəsi sədri olarkən MTN bandası ilə əlaqələri barədə mətbuatda geniş məlumatlar dərc olunub. Həmçinin sabiq nazir Fərhad Əliyevin istintaqı zamanı həmyerlisi Kərəm Həsənovun onun əleyhinə ifadə verdiyi iddiaları səslənib. Halbuki keçmiş nazir onun karyera yüksəlişinə dəstək olmuşdu. Bütün bunlar, indisə Əvəz Zeynallının dedikləri K. Həsənovun fəaliyyətində böyük suallar yaradır. Onu da deyək ki, adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir. Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited” şirkətinə satılıb.






Fikirlər