Nazirlik məhkəmədə Qarabağ Qazisinə USUZDU...
Vətən Müharibəsi qazisi, 2-ci qrup əlil Aqil Süleymanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışdığı əvvəlki vəzifəsinə bərpa olunmaq üçün məhkəməyə müraciət etmişdi. “Yeni Sabah” xəbər verir ki, Aqil Süleymanlının vəkili Əziz Qənbərli bu haqda sosial şəbəkədə paylaşım edib. O, məhkəməni qazinin qazandığını və əvvəlki işinə bərpa olunduğunu bildirib: “Müharibənin qızğın dövründə vaxtından əvvəl rütbəsi artırılan, cənab Prezident tərəfindən “Vətənə Xidmətə” görə medalı da daxil olmaqla 5 medalla təltif olunan Qarabağ qazisi, Aqil Süleymanovun işə bərpa tələbinə dair iddiamız Yasamal rayon Məhkəməsinin hakimi, hörmətli Toğrul Axundov tərəfindən tam təmin edilib. O, Dövlət Sosial Müdafiə Fondunda əvvəl işlədiyi şöbə müdiri vəzifəsinə bərpa edilib”.