Deputat Kəmaləddin Heydərovun oğlunu TƏNQİD etdi: “Əsl vətənpərvərlik...”

Deputat Kəmaləddin Heydərovun oğlunu tənqid etdi: “Əsl vətənpərvərlik...”

“Avropa Azərbaycan məktəbinin qurucusu Tale Heydərov görün nə deyir: "Müəllimin şagirdə mənəvi və ya fiziki cəza tətbiq etmək ixtiyarı yoxdur. Heç bir halda! Müəllimin şagirdə qarşı istənilən təzyiqi onun məktəbdən uzaqlaşdırılması ilə nəticələnməlidir. Onun məktəbə, təhsilə verdiyi töhfədən və pedaqoji stajından asılı olmayaraq..." Biz də belə düşünürük”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev sosial şəbəkə hesabında paylaşıb. Bunun ardınca deputat yazıb:

“Ancaq təhsil haqqı 14 min manat olan məktəbdə də müəllim şagirdi döyür? Belə pullu məktəblərin təsisçilərinə bir sual vermək lazımdır. Məktəbinizdə kasıb təbəqədən olan istedadlı uşaq təhsil alırmı? 

Bütün dünyada istedadlı uşaqları çıraqla axtarırlar və maddiyyat bu məsələdə rol oynamır. Əsl vətənpərvərlik istedada fərq qoymamaqdır. Və çalışın heç olmasa məktəbinizdə musiqi dərsində uşaqlar mahnıları Ana dilində oxusunlar. Bizə müdrik məsləhətlər vermək əvəzinə bunu edin. 

Zəruru xatırlatma: ABŞ-ın Yell Unuversitetinin tarixində ən gənc (26 yaşında) professor olmuş, Fizika, Kimya, Biologiya və Riyaziyyat sahələrində adını dünyaya eşitdirmiş və "Türk Eynşteyni” adlandırılan Oqtay Sinanoğlu gözəl deyib: "Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir. Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur!””.






Fikirlər