Leyla Əliyeva məscid açılışında- Fotolar

Bu gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidinin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Azertaym.az xəbər verir ki,Milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilmiş, bərpa olunmuş və ya yenidən qurulub.

Bir müddət əvvəl rayon ağsaqqalları və din xadimləri Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyevaya məscidin bərpası xahişi ilə müraciət ediblər. Fondun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidi bu gün artıq sakinlərin ixtiyarına verilir.

Leyla Əliyeva məscidin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendə baxıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti məsciddə yaradılan şəraitlə tanış olub. Diqqətə çatdırıldı ki, məsciddə eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün hər cür şərait yaradılıb.

Məscidin axundu Leyla Əliyevaya Qurani-Kərim təqdim edib.

Fikirlər