Əhalinin NƏZƏRİNƏ - Yeni cərimələr gəlir - 300, 700, 4000 manat ...

Əhalinin NƏZƏRİNƏ - Yeni cərimələr gəlir - 300, 700, 4000 manat

Azərbaycanda məişət tullantılarının, xüsusən də tütün məmulatlarının ətraf mühitə atılmasına görə cərimələrin artırılacaq.

AzerTaym.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, bundan sonra ətrafı zibilləyən şəxs, istər avtomobildə olarkən, istərsə də adi halda siqaret kötüyü və digər əşyaları atmaqla böyük məbləğdə cərimələnəcək.

Sözügedən məsələ ilə bağlı inzibati qaydada cərimələr əvvəllər də var idi. Sadəcə bu cərimələrin məbləğinin azlığı vətəndaşlara onu pozmamağa sövq etmirdi.

Milli Məclis keçirilən iclasında müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik belədir:

Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 50 AZN,

Dəyişikliyə əsasən,

Fiziki şəxslər 300 AZN məbləğində,

Vəzifəli şəxslər 1000 AZN məbləğində,

Hüquqi şəxslər 4000 AZN məbləğində cərimə ediləcək.

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.

Eyni qaydanı bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Parlamentdə birinci oxunuşda qəbul edilən dəyişiklik cəmiyyətin ekoloji problemlərə daha ciddi yanaşmasını təmin etmək üçün vacib bir addımdır. Bu məsələnin analizi bir neçə aspektdən diqqətə layiqdir.

Ekoloji problemlər

Tullantıların ətraf mühitə atılması ekosistemə zərər verir, torpaq və su resurslarını çirkləndirir. Tütün məmulatları, xüsusən də siqaret kötükləri, ayrılmaq üçün on illər tələb olunan kimyəvi maddələrlə zəngindir. Təkcə bu tullantılar ətraf mühitə böyük təhlükə yaradır. Cərimələrin artırılması bu təhlükəni azaltmaq məqsədi daşıyır və ətraf mühitin qorunması üçün effektiv vasitə kimi çıxış edə bilər.

İctimai sağlamlıq

Siqaret tullantılarının ətraf mühitə atılması təkcə ekoloji deyil, həm də ictimai sağlamlıq problemlərinə səbəb olur. Onlar içməli su resurslarını çirkləndirə, heyvanların zəhərlənməsinə səbəb ola bilər. Bundan əlavə, bu tullantıların şəhər yerlərində atılması yanğın riski yaradır, çünki bəzi siqaret kötükləri tam sönməmiş qala bilər.

Qanunların icrası və təsirləri

Cərimələrin artırılması cəmiyyətin bu məsələyə münasibətini dəyişmək üçün vacibdir, lakin bu proses yalnız cərimələrin həcmi ilə məhdudlaşmamalıdır. Cərimələrin icrası, şəhər monitorinqi və təbliğatın gücləndirilməsi bu sahədə daha böyük nəticələr əldə etməyə kömək edə bilər. Bu addım, qanunvericilikdə olan boşluqları aradan qaldırmaq və hər kəsin ətraf mühitə qarşı məsuliyyətini artırmaq üçün vacibdir.

Beynəlxalq təcrübə

Bu problemin həlli üçün bir çox inkişaf etmiş ölkələr ciddi addımlar atır. Məsələn, Avropa İttifaqı və ABŞ-da məişət tullantıları və siqaret kötükləri üçün xüsusi toplama məntəqələri var və bu tullantıların düzgün idarə olunması üçün cərimələr yüksəkdir. Azərbaycanda da bu təcrübədən öyrənərək tullantıların düzgün idarə olunmasına şərait yaratmaq və insanları məsuliyyətə cəlb etmək məqsədi güdülür.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə münasibət bildirən vəkil Turan Abdullazadə bildirib ki, cərimələrin artırılmasının müsbət nəticəsi olacaq və insanların ətraf mühiti çirkləndirməsinin qarşısını almağa təkan verəcək: "Bir məsələni də vurğulayım ki, cəzaların birdən-birə sərtləşdirilməsi heç də həmişə müsbət nəticəyə səbəb olmur. Cəzalar ağırlaşdıqca, insanlarda buna qarşı immunitet yaranır. Əslində cəzanın məqsədi intiqam və cəza deyil, insanları islah etməkdir.

Fikrimcə, İnzabi Xətalarla bağlı cərimələrin seçilməsi zamanı inkişaf etmiş ölkələrin təcrübələrindən faydalanmaq doğru olardı. Hesab edirəm ki, Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi nəzərdə tutan qanun layihəsi doğrudur və bu müsbət nəticə verə bilər. Təbii ki, insanlar artıq marifələnəcək ki, tütün və digər zibil tullantılarını yerə atmaqla həm ətraf mühiti çirkləndirir, həm də öz sağlamlıqlarına zərər vurmuş olurlar.

Qaydlara riayət etməyən vətəndaşları Daxili İşlər Nazirliyinin (DİN) adiyyəti üzrə əməkdaşları məsuliyyətə cəlb edəcəklər. Eyni zamanda burada müxtəlif kamera görüntüləri və vətəndaşların lentə alıb hüquq-mühafizə orqanlarına göndərdikləri görüntülərdən də istifadə oluna bilər. Bunların əsasında protokollar tərtib olunacaq və qaydaları pozan şəxslər cəzalandırılacaqlar".






Fikirlər