Bu günün hava proqnozu

Bu günün hava proqnozuNoyabrın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

AzerTaym.az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Cənub küləyi 5-10 m/s, gündüz arabir 14 m/s olacaq. Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax ,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün ərzində havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 7-10° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən yüksək atmosfer təzyiqi fonunda temperatur rejiminin norma daxilində tərəddüdü, əsasən mülayim cənub küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.






Fikirlər