16.05.2014. - Bu gün Bakıda 33 dərəcə isti olacaq

16.05.2014. - Bu gün Bakıda 33 dərəcə isti olacaqBakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Temperaturun gecə 15-18°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti, Bakıda gecə 15-17°, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 11-16°, gündüz 28-33° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 13-18°, gündüz 26-31° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 15-20°, gündüz 30-35° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Temperaturun gecə 15-18°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.






Fikirlər