Bu günün hava proqnozu 0:05, 6 yanvar 2014

Bu günün hava proqnozu 0:05, 6 yanvar 2014
Bu günün hava proqnozu 0:05, 6 yanvar 2014Yanvarın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Azertaym.az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə az yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 772 mm civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 5-10° şaxta, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 5-8° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° isti təşkil edəcək.






Fikirlər