Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir
Sabah Bakıda hava yağmursuz olacaq
Sabah Bakıda hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Azertaym.az -a verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-8 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 3-də Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı və şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu 4 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 2-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta proqnozlaşdırılır.






Fikirlər