Yanvarın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq

Bakıda və Abşeron yarımadasında - dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Verilən məlumata görə, səhər zəif duman, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq, atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında - arabir duman olacağı, bəzi yerlərdə zəif qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən-Gədəbəy rayonlarında - əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.






Fikirlər