Avtomobillər su basmış paytaxt küçələrində QALDI

Axşam saatlarından etibarən paytaxt Bakıya yağmağa başlayan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb. 

 AzerTaym.az "Report"a istinadən xəbər verir ki, Bakının Yasamal rayonu ərazisindən keçən Şərifzadə küçəsinin "İnşaatçılar" metrostansiyası yaxınlığında bir neçə avtomobil xarab olaraq su basmış yolda qalıb.

Yeni Yasamal yaşayış massivində isə yolda qalan 39 saylı marşrut avtobus sərnişin və sürücülərin köməkliyi ilə sudan çıxarılıb.

Sözügedən ərazidə yol keçilməz vəziyyətə düşüb.

Bundan əlavə, paytaxtın Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində də yolu su basması nəticəsində avtomobillərin hərəkəti mümkünsüz hala gəlib.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi