“Hyundai” şirkəti 100 MİNƏ yaxın “TUCSON” modelini GERİ çağırır

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” Çindəki zavodunda istehsal olunan 63 min 852 “Tucson” modelini elektrik sistemindəki qüsurlara görə geri çağırır.

AZƏRTAC Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına istinadla xəbər verir ki, geri çağırılan avtombillər ötən ilin aprel-oktyabr ayında “Hyundai”ın Pekindəki yığım zavodunda buraxılan nəqliyyat vasitələridir. Prosesə fevralın 1-dən başlanılcaq və bütün qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

“Hyundai” bundan başqa, sürət qutusunun idarəetmə sistemindəki problemlə əlaqədar 33 min 722 “Tucson” modelini də geri çağıracaq. Bu avtomobillər 2016-cı ilin iyun-avqust ayında istehsal olunub.






Fikirlər