Daha bir polis-sürücü insidenti: qan töküldü

Daha bir polis-sürücü insidenti: qan töküldüBakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib.

Məlumata görə, hadisə Səbayel rayonu ərazisində, İstiqlaliyyət küçəsi, 31 ünvanının qarşısında baş verib.
Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Binəqədi sakini, 1993-cü il təvəllüdlü Ramazanzadə Faiq Rövşən oğlunun idarə etdiyi “İnfiniti” markalı avtomobili saxlayıblar.

Yol polisi sürücüyə qayda pozuntusu ilə bağlı məlumat verib və avtomobili cərimə meydançasına aparmağa çalışıb. Bununla razılaşmayan 22 yaşlı oğlan bıçaqla qoluna zərbələr endirib. F.Ramazanzadəyə tibbi yardım göstərilib. Faktla bağlı zəruri araşdırmalar aparılır
(lent.az).






Fikirlər