Bakıda avtomobil mağazaya girdi, sürücü qaçdı - (Video)

Bakıda avtomobil mağazaya girdi, sürücü qaçdı - (Video)Xətai rayonunda idarəetməni itirən sürücü maşını yol kənarındakı mağazaya çırpıb.

ANS-nin məlumatına görə, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. Qəza zamanı “Nissan” markalı avtomobilin sürücüsü yüksək sürətlə Yusif Səfərov küçəsinə daxil olub. Bu zaman o, sərt döngədə düzgün manevr qaydası seçməyib və nəticədə idarəetməni itirərək yol kənarındakı mağazaya çırpılıb. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Əraziyə Xətai Rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları gəliblər.

Yararsız hala düşən avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.







Fikirlər