6 saat ərzində 4 “Porsche” oğurlandı

6 saat ərzində 4 “Porsche” oğurlandıRusiyanın Sankt-Peterburq şəhərində 6 saat ərzində 4 “Porsche” minik avtomobili oğurlanıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Məlumata görə, ilk oğurluq hadisəsi dünən yerli vaxtla saat 14.30-da Liqovsk prospektində qeydə alınıb. Kommersiya direktoruna məxsus olan “Porsche Cayenne”in qiyməti 4.5 milyon rubl dəyərində qiymətləndirilib.

İkinci və üçüncü oğurluqda da həmin markadan olan avtomobillər qaçırılıb. Dördüncü avtomobilin markası isə “Porsche Macan”dır. Bu sonuncu avtomobilin sahibi Elmi Tədqiqaq İnstitutlarından birində çalışan təqaüdçü qadındır.

Oğurluq faktları ilə bağlı cinayət işi açılıb, polis avtomobillərin axtarışına başlayıb.






Fikirlər