Polis paytaxtda kvadrosiklla "avtoşluq" edən şəxsi axtarır - VİDEO

Kvadrosiklla "avtoşluq" edən sürücü nəqliyyat vasitələrinin hərəkəti və piyadalar üçün təhlükə yaradıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Videonun nə vaxt və harada çəkildiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, görüntülərdən xəbərdardılar. Bu barədə araşdırma aparılır. 

Polis mayoru onu da vurğuladı ki, dövlət qeydiyyatına alınmayan nəqliyyat vasitələrinin - mopedlər, skuterlər, kvadrosiklların sürücüləri unutmamalıdır ki, yol hərəkəti qaydaları onlara da aiddir:

"Qaydaları pozmaq, ətrafdakılara təhlükə yaratmaq azmış kimi bu əməlləri çəkib paylaşmaq olduqca yanlış addımdır. Bu cür qayda pozanlarla birgə mübarizə aparmalıyıq. Yol hərəkəti qaydaları həyatı əhəmiyyət daşıyır. Hər hansı qayda pozuntusu ağır nəticələrə səbəb ola bilər. Polis öz imkanlarından və səlahiyyətlərindən istifadə edərək belə adamların məsuliyyətə cəlb olunması üçün lazımi tədbirlər həyata keçirir. Biz dəfələrlə belə adamları aşkarlayıb ictimailəşdirmişik. Bu cür hadisələrdən dərs çıxarmaq lazımdır". 

Həmin görüntüləri təqdim edirik:

 






Fikirlər